İlham Əliyev Sankt-Peterburqda sərt danışdı: “Torpaqlar azad olunmalıdır”

İlham Əliyev Sankt-Peterburqda sərt danışdı: “Torpaqlar azad olunmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
 
Məlumata görə, prezidentlər arasında iki ölkənin əmtəə dövriyyəsinin azalması, həmçinin, bir sıra ikitərəfli münasibətlər müzakirə olunub.

 
Daha sonra Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət haqda danışıb: "Qarabağda status-kvo qəbuledilməzdir və bunu dəyişdirmək lazımdır. Lakin bunun üçün erməni hərbi birləşmələri regiondan çıxmalıdır. Rusiyanın, eləcə də ATƏT-iin Minsk qrupunun digər həmsədrlərinin status-kvonun münaqişənin həllini ləngitdiyi ilə bağlı bəyanatı var. Biz bu bəyanatı tamamilə dəstəkləyirik”.

 

Prezident İlham Əliyev vurğulayıb ki, status-kvonu dəyişdirmək üçün 20 ildir işğal altında olan Azərbaycan azad olunmalıdır.
 

Azərbaycan lideri Vladimir Putinlə görüşdə Qarabağ münaqişəsini ətraflı müzakirə etmək niyyətində olduğunu bildirib.
 

"Biz ümid edirik ki, danışıqlar prosesinin konstruktiv dinamikası yaranacaq. Hansı ki, son iki ildə praktiki olaraq bu, mövcud deyildi”, - deyə Prezident vurğulayıb.
 

Prezident İlham Əliyev Qarabağla bağlı üçtərəfli görüşü təşkil etdiyi üçün Rusiya Federasiyasına minətdarlığını da ifadə edib.

 

Publika.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...