No Image
No Image

Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır

Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
Söyüdlü-Zod qızıl yatağının əhəmiyyətli hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda ciddi iqtisadi təsir yarada bilər.

Sfera.az xəbər verir ki, bu sözləri erməni ekspertlər açıqlayıblar. Onlar bildiriblər ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yataqda işlər dayandırlııb. Əgər yaxın müddətdə fəaliyyət bərpa edilməzsə, Ermənistanda təxminən 6 min nəfər işsiz qala bilər.

Ekspertlər qeyd edib ki, Söyüdlü-Zod yatağı Ermənistanın dövlət büdcəsinə ən iri vergi ödəyiciləri sırasında 4-cü yerdə gəlir. Bundan öncə ekspertlər Söyüdlü yatağının Azərbaycan sərhədləri daxilində qalan hissəsinə görə Ermənistan büdcəsinin ildə 40 milyon dollar itirəcəyi haqda açıqlama vermişdi.

Ermənistan Müdafiə Nazirliyi isə sovet dövrünün xəritəsinə uyğun olaraq, Söyüdlü-Zod yatağının 74 faizinin Azərbaycanın sərhədləri daxilinə düşdüyünü təsdiqləyib. Bu qızıl yatağının ən məhsuldar hissəsi də Azərbaycan ərazisinə düşür. Buna görə də Ermənistan Kəlbəcər işğalda qaldığı müddətdə daha çox Azərbaycanın sərvətini talayıb.

Hazırda dəyərləndirmələr gedir və Azərbaycan sərvətinin talanmasına görə təzminat, eyni zamanda burdan çıxarılan qızıla görə Ermənistan büdcəsinə ödənən vəsaiti geri istəmək haqqına sahibdir. Erməni ekspertlərin sözlərinə görə, Ermənistan MN və Ermənistan XİN-in rəsmi açıqlama verərək, bu qızıl yatağının böyük hissəsinin Azərbaycan ərazisinə düşməsini təsdiqləməsi Bakının tələb etdiyi təzminatı ödəmək məsuliyyəti də yaradır. (Axar.az)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı: "Elə əsgərlər, hərbçilər var idi ki... "

"Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrd...

Baş həkim Yusif Quliyev vəzifəsindən azad olundu

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, bu barədə baş həkimin özü açıqlama ve...

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Ermənilər Rusiyaya qaçmağa hazırlaşırlar

"Rusiya fevralın 1-dən ermənilər üçün öz qapılarını açacaq. Əgər hazırda ölkəmizi nə qədər insanın tərk etməyə hazır olduğunu və Rusiyaya gedəcəyini desəm, dəhş...

Prezidentdən Aydın Kərimova böyük etimad - Xüsusi nümayəndə Şuşada bu işləri görəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev Aydın Kərimovu bu gün Şuşa şəhərinə xüsusi nümayəndə təyin edib. Prezident Aydın Kərimovu qəbul edərkən onun qar...

Azərbaycanda bu gün nə qədər adam koronavirusa yoluxdu?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...