Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?

Sosial izolyasiya önəmlidir, yoxsa sosial məsuliyyət?
 Hər gün genişlənən koronovirus pandemiyasının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri davam edir. Xüsusilə ictimai nəqliyyatda bunun tətbiqi çətinliklər yaradır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən mütamadi tədbirlər insanların sağlamlığı və pandemiyanın yayılmasının qarşısını almağa hesablanıb. Avtobusların dezinfeksiya edilməsi, xüsusi məhlulların dayanacaqlar, avtobuslarda yerləşdirilməsi, metrostansiyaları arasında xüsusi ekspress xəttlərin yaradılması atılan addımlar sırasındadır. Amma istər-istəməz insanlar ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır. Odur ki, hər keçən gün yeni tədbirlər həyata keçirilir.

Artıq xüsusi karantin rejimi gücləndirilmiş şəkildə tətbiq olunur. İnsanlar arasında məsafənin ən azı 2 metr olması bildirilir. Amma avtobuslarda oturacaqlar yan-yanadır. Bütün bunları nəzərə alaraq "BakuBus” avtobuslarında yeni qaydalar tətbiq olunur.
"MediaPost” bildirir ki, qaydalara görə, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Avtobusda oturacaqların arasındakı məsafəsini saxlamaqla əyləşilməsi tövsiyə olunur. Bu artıq ictimai nəqliyyatda virusun yayılmasının qarşısının alınması üçün yeni mərhələdir. Yəni artıq avtobuslarda nəinki sıxlıq, hətta boş oturacaqların hamısında oturmaq da tövsiyə olunmur.Beynəlxaq təcrübədə sosial izaolyasiya müddətində ictimai nəqliyyatdan istifadənin minumuma endirilməsi nəzərədə tutulur. Yəni əgər normal halda avtobusdan 50 nəfər istifadə edə bilərdisə, ilkin mərhələdə bu rəqəm ancaq oturacaq yerlərinin sayına görə müəyyən edilir ki, artıq ölkədəki bütün avtobuslarda bu tətbiq olunur. Amma xüsusi karantin rejiminin qaydaların görə, insanlar arasındakı məsafə 2 metr təşkil etməlidir. Odur ki, avtobuslarda da bu tətbiq olunmalıdır. Boş yerlər olsa belə, sərnişinlər ancaq bir-birindən məsafəli otura bilər ki, bu da sayı daha da azaldır. Təbii ki, bu zaman avtobusların intervalı və sayı məcburi olaraq artırılır.
Ümid edirik ki, digər daşıyıcı şirkətlər də analoji addımı atmaqla pandemiyaya qarşı aparılan mübarizəyə öz dəstəklərini vermiş olacaqlar. Bu həm qanunvericiliyin tələbi, həm də sosial məsuliyyətdir.

Amma...

Təbii ki, BNA tərəfindən atlan bu addımlar təqdirəlayiqdir. Amma vətəndaş məsuliyyəti burada daha önəmlidir. Məsələn, ola bilər ki, sürücü bu cür vəziyyətdə artıq sərnişin götürməsin. Kimsə buna məhəl qoymayaraq avtobusa minsin və tətbiq olunan qaydanı pozsun. Bu yerdə diqqətli olmaq lazımdır. Çünki əksər avtobuslarda kamera var və sizin hər bir hərəkətiniz qeyd olunur. Siz karantin qaydalarını pozduğunuza görə inzibati məsuliyyətə cəlb oluna bilərsiniz.

Ancaq...

Vacib olmadıqca evdən çıxmamaq tövsiyə olunan əsas məsələdir. Ola bilər ki, kimsə virusa yoluxub və immuniteti güclü olduğu üçün xəstəliyi çox yüngül keçirir və ya ümumiyyətlə hiss etmir. Amma çölə çıxmaqla virusun yayılmasına şərait yaradır. Yəni xəstəliyi yaymaqla insanların ağır xəstələnməsinə, hətta bəzi hallarda ölümünə səbəb ola bilər. Odur ki, evdə qalmaq ən gözəl qorunmaq üsuludur.
Lakin...

Mental xüsusiyyətlərdən irəli gələrək qaydaları pozmaq və buna müəyyən "don geyindirmək” adətimiz ola bilər. Düşünməyin ki, bunu etməklə siz qarşınızdakını aldatdınız. Mümkündür ki, siz xəstəliyi yayasınız, sizin günahınız ucbatından insanlar əziyyət çəksin, həyatını itirsin. Hətta ola bilər ki, heç buna görə sizi kimsə məsuliyyətə də cəlb etməsin. Ancaq bir anlıq əlinizi vicdanınızın üstünə qoyaraq düşünün. Bəlkə sizin ucbatınızdan hansısa uşaq atasız, anasız qaldı? Onda rahat ola biləcəksinizmi?

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...