SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi — FOTO

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi — FOTO
 Tanınmış şair, nəsimişunas Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) vəfat edib.
 

Sfera.az xəbər verir ki, O.İsmayıllı doğulub boya-başa çatdığı və işlədiyi doğma kəndində dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Fərzəliyev 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N. Tusi adına ADPU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-cı ildə təyinatla Laçın rayonuna göndərilmiş və 3 il həmin rayonun Şeylanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.

1979-cu ildən indiyədək Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin "Şərəf kitabı”na yazılıb.

Oqtay İsmayıllı 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında əsasən şeirlərlə çıxış edib. Şeirləri "Yaşıl budaqlar”, "Azərbaycan”, "Poeziya günü”, "Dağ çiçəkləri”, "Abşeron inciləri”, "XX əsr Şirvan şairləri” almanaxlarına salınıb. O, dərc olunmuş 50-dən artıq elmi-kütləvi məqalənin, çoxsaylı mədəni, ictimai-siyasi xarakterli yazıların müəllifidir. Doğma kəndinin keçmişi ilə bağlı yazdığı iri həcmli tarixi-etnoqrafik məqalə rayon qəzetində hissə-hissə dərc olunub, sonra Lətifə xanım Əliyevanın "Diyallı” kitabına daxil edilib.

Oqtay İsmayıllı 3 kitab müəllifidir. "Dodaqla dil arasında” 2007-ci, "Rübailər” 2008-ci, "Müqəddəs söz günü” 2012-ci ildə nəşr edilib. (publika)




OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...