Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR - FOTO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR - FOTO
 Son 10 ildə dünyada penaltidən topu hədəfə ən dəqiq vura bilən 10 futbolçu müəyyənləşib.

Sfera.az xarici saytın statistikasına əsasən xəbər verir ki, bu siyahıda lider Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubunun ulduzu Kriştianu Ronaldudur.

"Barselona”nın argentinalı üzvü Lionel Messi ikinci, "Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç üçüncüdür.

1. Kriştianu Ronaldu (Portuqaliya) – penaltidən 98 dəqiq, 17 qeyri-dəqiq zərbə.

2. Lionel Messi (Argentina) – penaltidən 74 dəqiq, 23 qeyri-dəqiq zərbə.

3. Zlatan İbrahimoviç (İsveç) – penaltidən 65 dəqiq, 10 qeyri-dəqiq zərbə.

4. Halk (Braziliya) – penaltidən 62 dəqiq, 14 qeyri-dəqiq zərbə.

5. Edinson Kavani (Uruqvay) – penaltidən 52 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Neymar (Braziliya) – penaltidən 47 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Robert Levandovski (Polşa) – penaltidən 47 dəqiq, 5 qeyri-dəqiq zərbə.

8-9. Eran Zahavi (İsrail) – penaltidən 46 dəqiq, 8 qeyri-dəqiq zərbə.

8-9. Eden Azar (Belçika) – penaltidən 46 dəqiq, 6 qeyri-dəqiq zərbə.

10. Marçin Robak (Polşa) – penaltidən 45 dəqiq, 4 qeyri-dəqiq zərbə.
 
Qeyd edək ki, Azərbaycanın futbol tarixində penaltini ən dəqiq yerinə yetirə bilən futbolçu İqor Ponomaryov olub. Hazırda "Sabah” klubunun Müşahidə Şurasının üzvlərindən olan İ.Ponomaryov SSRİ çempionatları tarixində 34 penaltidən 31-ni qola çevirib. Bunlardan 24-də ardıcıl şəkildə hədəfdən yayınmadığı üçün o, SSRİ-nin futbol tarixinə düşüb.

OXŞAR XƏBƏRLƏR