“SOCAR Turkey” ən böyük ixracatçı mükafatını aldı

“SOCAR Turkey” ən böyük ixracatçı mükafatını aldı
 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji”  Türkiyədə kimya sektorunda 2019-cu il üzrə ən çox ixrac həyata keçirən şirkətlər arasında lider olub.

Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət İstanbul Kimyəvi Maddələr və Məmulatlar İxracatçıları Birliyi tərəfindən mükafatını alıb.

Bununla bağlı mərasim koronavirus səbəbindən ilk dəfə olaraq onlayn formatda keçirilib.

"SOCAR Turkey” ümumi siyahıda lider olub, "Mineral yanacaqlar” kateqoriyasında isə "SOCAR Dağıtım” birinci, "STAR Rafineri” isə ikinci yerdə qərarlaşıb.

Mərasimdə "SOCAR Turkey”in emal və neft-kimya üzrə rəis müavini Rza Bozoklar bildirib ki, "Petkim”, "STAR Rafineri” və "SOCAR Dağıtım”ın 2019-cu il üzrə ümumi ixracı 3 mlrd. ABŞ dollarından yüksək olub.

"Bu məbləğlə Türkiyə iqtisadiyyatına verdiyimiz töhfəni bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasına baxmayaraq, fasiləsiz davam etdiririk. Bu töhfəni gələcək illərdə də davam etdirməyi hədəfləyirik”,-  o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...