SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA

SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var.

Sfera.az xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi:

"Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib:

"2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki bütün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

(trend)

OXŞAR XƏBƏRLƏR

Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ - FOTO

Aparıcı Namidə İsayevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Facebook" hesabında məlumat paylaşıb.   &...

Zaxarova Aİ-nin Gürcüstandakı bu qanuna reaksiyasını ikiqütblü adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna reaksiyasını xron...

Pakistanda baş verən partlayışda 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. &n...

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparı...

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.   Sfera.az xəbər verir ki, görüşdə Bel...

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan veril...