No Image
No Image
No Image

SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA

SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA
 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var.

Sfera.az xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi:

"Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib:

"2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki bütün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

(trend)

OXŞAR XƏBƏRLƏR

Ali Baş Komandan: "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi"

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Sfera.az xə...

Bu ərazilərin azad olunması tarixi qələbədir - Polkovnik

Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində müzəffər Ordumuzun Zəngilan şəhərinin və rayonun 6 kəndinin, el...

Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a  verilən məlumata görə, 22.10.2020-ci il tari...

Düşmən ölən daha 62 hərbçinin adını açıqladı - SİYAHI

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. Sfera.az-ın "armeniasputnik” saytına istinadən verdiyi məlumata görə, ermənilər ölən daha 62 h...

Paşinyan Azərbaycanla danışıqlardan imtina etdi: "Diplomatik həll yoxdur..."

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur. Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi can...

Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Şamil Basayevin dəstəsinin iki üzvünü saxlayıb. Sfera.az xəbər verir ki, bu barədə FSB-nin Mətbuat xidməti m...