SOCAR da dəyişikliklərlə bağlı məlumat yaydı

SOCAR da dəyişikliklərlə bağlı məlumat yaydı
"Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, qazın alınmasına sərf edilən xərclər əsas götürülür”.

Sfera.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidməti rəhbərinin müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, əvvəlki illərdə qazın alışını və satışını SOCAR həyata keçirirdi:

"Bildiyimiz kimi, SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər. SOCAR Azərbaycanın təbii qaza olan tələbatını ödəmək üçün başqa şirkətlərdən də, xüsusilə də "Şahdəniz” konsorsiumundan qaz alır.

"Artıq bir ilə yaxındır ki, qazın topdan alış-satışını dövlət şirkəti olan "Azərkontrakt” həyata keçirir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan qiymətə alaraq qazpaylayıcı şəbəkələrə satır.

"Azərkontrakt”ın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Bazarda qiymətlər artdıqca həmin qazın qiyməti artır. Bu zaman isə qazı alan tərəf - dövləti təmsil edən şirkətin də xərci artır.

Qazın satış tarifləri dəyişmədikdə bu artımın da kompensasiyası mümkün olmur. Ya dövlət subsidiyalaşdırmalı, ya da qiymət artımı baş verməlidir.

Subsidiyalaşdırmanın da müəyyən fəsadları var ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Hazırda dünyada qaz qiymətləri ötən illə müqayisədə 10, 20, 30 dəfələrlə artıb.

Təbii ki, "Azərkontrakt”ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, xərcləri müəyyən qədər artıb”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycandan Rusiyaya pomidor və alma tədarükünə icazə verildi

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor”) dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icaz...

Bitkoinin məzənnəsi kəskin azalıb

Ən çox istifadə olunan kriptovalyuta olan bitkoinin məzənnəsi ötən gecə 42 min dollar olub. Bu da son iki ayın ən aşağı həddidir. Sfera.az xəbər verir ki,...

Əhaliyə ŞAD XƏBƏR! Pensiya ilə yanaşı, müavinətlər də artacaq - VİDEO

"2022-ci ilin əvvəlindən minimum pensiya və müavinətlər artacaq". Sfera.az "Xəzər Tv"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və...

Qızıl 20 dollar bahalaşdı

Dünya birjalarında qızıl və gümüş bahalaşıb. Sfera.az xəbər verir ki, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 21,20 dollar və ya 1,20% ba...

Qazın limiti ilə bağlı vacib xəbər - VİDEO

Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir.   Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amm...

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,93 % artıb. Sfera.az xəbər verir ki, "Az...