SOCAR Belarusa ilk neft tankerini martın sonuna göndərməyi planlaşdırır

SOCAR Belarusa ilk neft tankerini martın sonuna göndərməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 20-də Belarusun "Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, "Belneftexim" konserni üçün nəzərdə tutulan ilk partiyanın həcmi  85 min tona yaxındır. O qeyd edib ki,  Azərbaycan neftinin olduğu ilk tanker Supsa limanından göndəriləcək.

İ.Əhmədov əlavə edib ki, Belarusa ikinci neft tankerinin satışı və çatdırılma müddəti ilə bağlı danışıqlar davam edir: "Razılıq əldə olunanda məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl "Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub.

Azərbaycan nefti  Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...