SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA - Ayın 18-dən...

SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA - Ayın 18-dən...
Novruz bayramı günlərində yoluxma sayının artması səbəbi ilə SMS icazənin yenidən tətbiq edilib-edilməməsi məsələsi gündəmdədir.

Koronavirusa yoluxmanın artması bayram ərəfəsində "SMS icazə"nin tətbiqi məsələsini aktuallaşdırıb. Bəs, görəsən, doğrudan da icazə sistemi yenidən tətbiq edildiyi təqdirdə peyvənd olunan şəxslər də SMS icazədən istifadə etməlidirmi?

Sfera.az-ın məlumatına görə, Həkim Adil Qeybulla Sfera.az-a bildirib ki, vaksinasiya olunan insanlara məhdudiyyətin tətbiq edilməsi doğru deyil.

"Məlum olduğu kimi ölkə üzrə yanvar ayından etibarən koronavirus əleyhinə vaksinasiyaya start verilib. 450 mindən çox insan artıq peyvənd olunub. Peyvənd insanda immunitet formalaşdırır və bu xəstəliyin ağır keçməməsinin qarşısını alır, yoluxduruculuğa təsir edir".

Həkimin sözlərinə görə, vaksin olunmuş şəxslər risk daşımır və onlarda demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur:

"SMS icazənin yalnız peyvənd olunmayanlara tətbiqi daha doğrudur. Bu, yoluxma sayının kəskin artmaması üçün faydalı olardı".

Məlumat üçün qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksinindən istifadə edilir. Peyvəndləmə bütün respublika üzrə könüllü və dövlət hesabına aparılır.

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Sfera.az nazirliyin mətbuat x...

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.   Gundem.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin COP29 ilə əlaqədar sosial şəbəkə hesabl...

Xalq artistinə gözlənilməz sürpriz - VİDEO

Tarzən Humay Qədimova Xalq artisti Gülyaz Məmmədovaya maraqlı sürpriz hazırlamaq qərarına gəlib.   Sfera.az xəbər verir ki, Qədimova evinə qonaq gələ...

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.   Milli Hidrometrologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, noyabrın 25-də yağıntılı...

ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.   Gundem.az xəbər verir ki, müvafiq məlumatları ölkənin Maliyyə Nazirliyi dərc edib. ...

Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO - YENİLƏNİB

Sfera.az görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-dən saytımıza bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məl...