SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ
 

"Üç saatlıq icazə müddətindən 5-10 dəqiqə keçibsə, şəxsə güzəşt edilir”.

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Ə.Baqişev qeyd edib ki, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir:

 

"Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir.

Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir. 

Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...