\"Siyəzən broyler\" 20 min ailəyə yardım edir

\
 Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq...

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkə üzrə həyata keçirilən "Biz birlikdə güclüyük” layihəsinə Cənubi Qafqazın ən böyük quşçuluq müəssisələrindən olan "Siyəzən broyler” ASC də dəstək verib.

Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq. Yardım aksiyasının davamı olaraq "Siyəzən broyler” ASC tərəfindən həmçinin Bakı şəhərində daha 12 min ailəyə ümumi çəkisi 50 tondan çox ərzaq məhsulu paylanacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ölkəmizdə birincilər sırasında 197 min manat vəsait köçürən, Bakıda imkansız ailələrə müntəzəm ərzaq yardımı edən "Siyəzən broyler” ASC həmrəylik nümayiş etdirərək bundan sonra da ölkə rəhbərliyinin bütün çağırışlarına qoşulacaq və bu çətin günlərdə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə dəstək olmaq üçün səylərini əsirgəməyəcək.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...