Azərbaycan Rusiyaya nota verdi
Siyasət
14:59 / 24.02.2016
6148
Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları məbləğində kreditin verilməsinə dair sazişin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyası XİN-ə nota ünvanlanıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.
H. Hacıyev bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursat, o cümlədən hücum silahlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:
"İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz beynəlxalq hüquqi öhdəliklərini, silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və işğal altındakı ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə, Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir.
Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır. Azərbaycan tərəfi ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin verilməsini gözləyir".