Tramp Roma Papası ilə görüşə getdi

19:14 / 23.05.2017
1215
ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfərlərini həyata keçirən Donald Tramp Yaxın Şərq səfərini başa vurub.
Sfera.az Trend-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı, İsrail və Fələstinə səfəri başa çatdıqdan sonra D.Tramp Vatikana yol düşüb. Burada ABŞ prezidenti Roma Papası I Fransisklə görüşəcək.
Daha sonra ABŞ prezidenti Brüsselə NATO iclasına yola düşəcək.