"Lapşinin müdafiəsi ilə yeni vəkil məşğul olacaq"

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin üçün yeni vəkil tutulub.

Sfera.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkinin APA-ya verdiyi məlumata görə, A.Lapşinin müdafiəsi ilə bundan sonra onun ailəsi tərəfindən tutulmuş vəkil məşğul olacaq.
 
O, həmçinin bildirib ki, blogerlə yenidən görüşmək üçün müvafiq qurumlara müraciət edilib: "Müvafiq razılıq əldə olunduqdan sonra onunla yenidən görüşəcəyik".
 
Qeyd edək  ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı DÜŞDÜ

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,51 ABŞ dolları, yaxud 1,77 % azalaraq 83,83&n...

İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı ÇAĞIRIŞ ETDİ

İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış ...

FHN əhaliyə təkrar müraciət etdi: Bir neçə gün...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin daha bir neçə gün davam e...

Abşeronda biryaşlı körpə hovuzda BOĞULDU

Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub.   Sfera.az xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb.   2023-cü il təvəllüd...

Bəzi bölgələrə leysan yağdı - FAKTİKİ HAVA

İyulun 27-si saat 9:00-a olan məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.   Bu bar...

Kralları belə öldürən ən məşhur lənətlənmiş zinət əşyası

“Ümid almazı” 45,52 karat ağırlığında böyük bir almazdır. Uzun illərdir şöhrət qazanmış bu sapfir mavi rəngə malikdir. Sfera.az bildirir ki, ta...