İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

 

Sfera.az fərmanın mətnini təqdim edir:

 

1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.5.1-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilsin:

 

1.1. tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınması;

 

1.2. tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçün istifadəyə yararlılığının qiymətləndirilməsi.

 

2. Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsinə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci maddəsinə uyğun olaraq, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


OXŞAR XƏBƏRLƏR

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...

Nazir çətin vəziyyətdəki mədəniyyət işçilərindən danışdı - VİDEO

Mədəniyyət naziri Adil Kərimli çətin vəziyyətdəki mədəniyyət işçiləri ilə bağlı danışıb.   Sfera.az xəbər verir ki, nazir bununla bağlı Baku TV-...

Ancelina Colinin təyyarədə sərnişinlər arasında görüntüləndi - VİDEO

Hollivud aktrisası Ancelina Coli ötən həftə sonu Verakrusa adi kommersiya reysi ilə uçarkən Mexiko hava limanında sərnişinlər arasında böyük səs-küyə səbəb olub...

İŞİD lideri oğulları ilə birlikdə məhv edildi

Suriyanın Hələb əyalətinin Əl-Bab şəhərində İŞİD-in yüksək rütbəli lideri Muslih əl-Hardani məhv edilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Sil...

10 meşə işçisinin həlak olduğu yanğın nəzarətə götürüldü

Türkiyənin Əskişəhər, Antalya, Adana və Dənizli şəhərlərindəki meşə yanğınları nəzarət altına alınıb, Karabükdə isə davam edir.   Sfera.az xəbər veri...

Həm futbolçudur, həm də imtahanda 697 bal yığıb

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb.    Sfer...