İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi


İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Məktubda deyilir:

 

"Zati-aliləri.

 

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram.

 

Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm.

 

Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə görüşü daha geniş regional inteqrasiya baxımından irəliyə doğru böyük bir addım olacaqdır.

 

Ortaq məqsədlərimizə nail olmaq üçün davamlı dəstəyinizə ümid edirəm.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


OXŞAR XƏBƏRLƏR

Liderlər üçün Laçında təşkil olunan konsertdə bu mahnılar ifa olunacaq – FOTO

  Xəbər verdiyimiz kimi, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan...

İlham Əliyevlə Ərdoğana simvolik hədiyyə - FOTO

Xəbər verdiyimiz kimi, Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri...

Bu toylarda Zabit Nəbizadənin yanında gizlənirəm…

Bakı toylarına qorxa-qorxa gedirəm. Zabit Nəbizadənin yanında gizlənirəm ki, oxuyub qurtarsın, mən də mahnımı oxuyum, camaat oynasın. Bunu etiraf edirəm. Qəzəli...

Prezidentdən dünyaya MESAJ: “Əminəm ki, lazımi ünvana çatacaq” - VİDEO

“Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik d...

"Müğənni "sevgili" deməyə qorxur"

Müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Xəbərin var?"da qonaq olan Nura müğənnilərin şəxsi həyatının müz...

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA – VİDEO

“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.   Sfera.az xəbər verir ki, bunu Musavat.com-a m...