Milli Məclis Anlaşma Memorandumunu ratifikasiya etdi

Milli Məclis Anlaşma Memorandumunu ratifikasiya etdi

Milli Məclis “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nu ratifikasiya edib.

 

Sfera.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

 

“Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

 

Məlumat üçün bildirək ki, Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında aviasiya təhlükəsizliyinın təmin edilməsi sahəsində universal yoxlamalar proqramı (USAP-CMA) çərçivəsində Anlaşma Memorandumu 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində imzalanıb.

 

Bu Memorandum beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsinə və dövlətlərin bu sahədə monitorinq və audit proseslərinə daimi şəkildə cəlb olunmasına xidmət edir. Əldə olunan nəticələr dövlətin aviasiya təhlükəsizliyi sahəsində zəif və güclü tərəflərini göstərir və qlobal aviasiya təhlükəsizliyi indeksinə bilavasitə təsir edir.

 

Memoranduma əsasən, Azərbaycan Respublikası:

 

* Aviasiya təhlükəsizliyi sahəsində ICAO-nun audit və qiymətləndirmə mexanizmlərində iştirak etməyi;
* Müvafiq dövlət qurumları vasitəsilə auditlər zamanı zəruri şəraitin yaradılmasını;
* Təhlükəsizliklə bağlı informasiya və sənədlərin təqdim edilməsini;
* Audit nəticələrinə əsasən Düzəldici Fəaliyyət Planı (CAP) hazırlanaraq ICAO-ya təqdim olunmasını və onun icrasının təmin edilməsini;
* Eyni zamanda, prosesin davamlılığını təmin etmək məqsədilə ICAO-nun elektron monitorinq sisteminə mütəmadi olaraq yenilənmiş məlumatların daxil edilməsini öhdəsinə götürür.

 

Sənədə uyğun olaraq, Azərbaycanda bu məqsədlə Milli Koordinator (National Coordinator) təyin edilib və audit, qiymətləndirmə, hesabatlılıq, təhlükəsizlik üzrə uyğunsuzluqların aradan qaldırılması və texniki əlaqələndirmə işləri həyata keçirilir. 

 

Memorandum həmçinin texniki əməkdaşlıq çərçivəsində ICAO tərəfindən Azərbaycana metodiki dəstək, ixtisasartırma təlimləri və ekspert tövsiyələrinin verilməsi imkanını da ehtiva edir.

 

Hazırda 187 dövlət Anlaşma Memorandumunu imzalayıb. 

 

Audit nəticələri dövlətlərin qlobal təhlükəsizlik göstəricilərinə təsir göstərir. Azərbaycan regionda bu sahədə yüksək uyğunluq səviyyəsi nümayiş etdirən ölkələrdən biridir. 

 

Müvafiq qanunvericilik, o cümlədən “Aviasiya haqqında” Qanun və “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı” beynəlxalq standartlara əsaslanaraq formalaşdırılıb və gələcəkdə audit nəticələrinə uyğun olaraq zəruri təkmilləşdirmələr aparıla bilər.

 

Anlaşma Memorandumunun imzalanması Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini, mülki aviasiya sahəsində təhlükəsizlik və sabitliyə verdiyi önəmi, eləcə də qlobal aviasiya təhlükəsizliyi sisteminə inteqrasiya səviyyəsini bir daha təsdiq edir.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Samir Nuriyev Ağdamda iclas keçirdi -Tapşırıqlar verdi

Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə ...

Qurbanlıq heyvanları bu ÜNVANLARDAN ala bilərsiniz

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanl...

Sertifikaya imtahanı verəcək müəllimlər sınağa çəkiləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS ...

Ceyhun Bayramov Misir səfiri ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmi...

Hərbçini öldürən şəxsə hökm oxundu

Ucarda hərbi qulluqçunu vurub öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Ucar Rayon Məhkəməsinin...

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib...