Bakıda beynəlxalq konfrans işə başladı

Siyasət
10:59 / 18.05.2025
6955
Bakıda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunan “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Sfera.az xəbər verir ki, tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunub və qalxanabənzər vəzi xəstəliklərinin müasir diaqnostika, müalicə üsulları üzrə elmi-praktik biliklərin paylaşılmasını, habelə bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını hədəfləyir.
Konfransda ümumi cərrahlar, onkoloqlar, endokrinoloqlar, radioloqlar və terapevtlər iştirak edirlər.