Baş nazir sərəncam imzaladı


Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Həmçinin Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 (altı) ay müddətində mövcud rəqəmsal resurslar əsasında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını və növbəti ildən Strategiyanın monitorinqini və qiymətləndirilməsini həmin Modul üzərindən həyata keçiriləcək.

 

Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməlidir.

 


OXŞAR XƏBƏRLƏR