Tramp da "uduzdu" - Putin nə istəyir?

Tramp da "uduzdu" - Putin nə istəyir?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Putin Ukrayna ilə olan müharibəni bitirmək istəmir.

 

Bəzi analitiklərin fikrincə, ABŞ  bu xüsusda Rusiyaya yaxşı təklif irəli sürsə də, Moskva bunu məqbul hesab etmir. 

 

Bəs Rusiya nəyə nail olsa, müharibəni dayandıracaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya-Ukrayna müharibəsində Trampın vasitəçilik missiyasını görürük, amma onun da sülh planında Krımın Rusiyaya de-yure verilməsi, 4 regionun Rusiya tərəfindən de-fakto tanınması var.

 

Onun sözlərinə görə, nə Avropa dövlətləri, nə də Ukrayna bunu qəbul edir:

 

“Vatikanda görüşdən sonra Tramp Zelenskinin Krımı Rusiyanın ərazisi kimi tanınmasına razı olduğunu deyib. O bir neçə gün sonra bu istiqamətdə fikrini dəyişə də bilər. Tramp Rusiyanın müharibənin davam etdirməsini, Kiyev və Xarkovu ballestik raketlərlə vurmasına etiraz edərək bu barədə bəyanat da verib. Artıq ABŞ görür ki, Rusiya dayanmaq istəmir. Rusiyanın istəyi Ukraynanı tamamilə almaq, həmçinin ABŞ və NATO-nun 1997-ci il sərhədlərindən çəkilməsi şərtilə Avropanı götürmək, Rusiyanın fövqəldövlət kimi tanınmasına nail olmaqdan ibarətdir. Rusiyanın əsas məqsədi budur. Bunlar baş verərsə, Rusiya dayana bilər”. 

 

Politoloq qeyd edib ki, əgər ABŞ Ukraynaya ciddi şəkildə hərbi yardımlar edərsə, həmçinin cəbhədə Ukrayna üstünlük ələ alarsa, Rusiya danışıq və güzəştlərə gedə bilər. Hazırkı vəziyyətdə isə Rusiya güzəştə getməkdən daha çox ABŞ-dən güzəşt tələb edəcək.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...

“Sabah”ın oyunlarının saatı açıqlandı

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.   Sfera.az x...

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...