Əli Əsədov yeni qərar imzaladı

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti 21 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələrinin ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, poliqonlar üçün ayrılmış sahələrə dair tələblər dəyişib.
 

Belə ki, bundan sonra çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə, eləcə də turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılması və təşkilinə icazə verilməyəcək.
 


OXŞAR XƏBƏRLƏR

Məktəblərdə YENİLİK

Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli  əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ...

MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb - FOTOLAR

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.   Sfera.az MEDİA-ya istinadən xəbər verir ki, ...

Şri-Lankadan Azərbaycan həbsxanasına UZANAN YOL

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində üç Şri-Lanka vətəndaşı 45 yaşlı Ratnayake Nuvan, 25 yaşlı Sedara Munasinqhe və 33 yaşlı Dinesh Githakkarigenin cinayət işi...

"İslam pullu olanların Həccə gedib cənnəti alacağı din deyil" - Elşad Miri

2024-cü ildə rekord sayda Həcc və Ümrə zəvvarı qeydə alınıb. Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, 2024-cü ildə ümumilikdə 18 535 689 zəvvar Məkkə ş...

Texnologiyadan istifadə beyin sağlığını qoruyur - Araşdırma

ABŞ-nin Texas ştatından olan tədqiqatçılar 50 yaşdan yuxarı 411 mindən çox şəxsin iştirak etdiyi 57 fərqli araşdırmanı təhlil ediblər.   Sfera.az xar...

Kreml: "Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ABŞ-nin mövqeyi bizi məmnun edir"

Kreml ABŞ-nin Ukraynanın NATO üzvlüyü məsələsində mövqeyini dəyişdirməsini müsbət qarşılayıb.   Sfera.az “Reuters”nəşrinə istinadən xəbər...