Prezident onu “Vətənə xidmətə görə” təltif etdi

Siyasət
10:10 / 10.04.2025
7939
Rafael Sergeyeviç Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".