İlham Əliyev fərman imzaladı


İlham Əliyev fərman imzaladı

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə", eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

 

Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fateh Birolu qəbul edib.   Sfera.az x...

Rusiya Ukraynada müvəqqəti atəşkən istəmir - Putinin köməkçisi

Ukraynada təklif olunan müvəqqəti atəşkəs bu ölkənin hərbçiləri üçün müvəqqəti fasilədən başqa bir şey deyil.   Sfera.az APA-ya istinadən xəbər verir...

Sülh sazişin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb - Ceyhun Bayramov

Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqi...

Aysun yenidən evlənəcək? - "İstəyirəm ki..."

Müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, ifaçı  “Həmin Zaur” verilişində evli kişi ilə heç...

Azərbaycan ən çox malı Çindən almağa başlayıb – Səbəb nədir?

Azərbaycanın idxal coğrafiyasında mühüm dəyişikliklər baş verib. Əvvəllər idxalda əsas tərəfdaş ölkə Rusiya olduğu halda, artıq ikinci ildir ki, Çin ilk sıradad...