MSK bu gün iclas keçirəcək

MSK bu gün iclas keçirəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

 

Sfera.az xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

 

Seçkilərin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

 

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

 

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.


OXŞAR XƏBƏRLƏR

Kim Çen Inın müqəddəs dağı: Şimali Koreya ərazisi ilk dəfə YUNESKO siyahısına daxil edilib

Paektu Şimali Koreya ilə Çin arasındakı sərhəddə və Koreya yarımadasının ən hündür zirvəsindəki aktiv stratovulkandır. Bununla belə, Şimali Koreya hökuməti onu ...

Bakı-Quba yolunun bir hissəsi bağlandı

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.   Sfera.az xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrli...

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Aprelin 16-sı saat 20:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində yağı...

Güclü sel bəzi ərazilərdə qaz xətlərini sıradan çıxardı

Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimetr olan qaz xəttini qıraraq, sıradan çıxarıb.   Sfera.az xəbər verir ki, x...

Hava şəraitinin daha bir fəsadı: Ağac avtomobilin üzərinə aşdı - FOTO

Güclü külək və yağan intensiv yağışlar bir sıra fəsadlar törədib.   Sfera.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu Atatürk prospektində güclü kü...

Muzeydə inanılmaz hadisə: Qatil dərisi ilə örtülmüş kitab sərgilənir

Uilyam Korder sevgilisini öldürməkdə təqsirli bilindikdən sonra ictimaiyyət qarşısında edam edilib. Məlum olub ki, bu işi təsvir edən kitab Korderin dərisinə ci...