"Boz kardinal"ın sadiq köməkçisi Abidin Fərzəliyevin Rusiyaya xidmətləri...

"Boz kardinal"ın sadiq köməkçisi Abidin Fərzəliyevin Rusiyaya xidmətləri...

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin (“Rus Evi”) bağlanması ölkəmizdə Rusiyaya xidmət göstərən adamlarla bağlı araşdırmaların yenidən alovlanmasına səbəb olub. Yayılan məlumatlardan aydın olur ki, “Rus Evi” "mədəniyyət ocağı" çətiri altında casus fəaliyyəti ilə məşğul olub. 

 


Sfera.az bildirir ki, Rusiya Azərbaycanda maraqlarını təmin etmək və qorumaq üçün hər zaman öz əlaltılarından istifadə edib. Rəsmi Moskva illərlə ölkəmizdə müxtəlif imkanlardan faydalanaraq böyük casus şəbəkəsi yaradıb və bu şəbəkə uzun müddət sistemli şəkildə fəaliyyət göstərib. 

 


Rusiyanın siyasi maraqlarına xidmət edən şəbəkənin dairəsi son illərdə xeyli kiçildilib. Aparılan kadr islahatları ölkəmizdə mühüm dövlət postlarını tutan “rusbaşların” sayının xeyli azalmasına səbəb olub. Amma bütün tədbirlərə baxmayaraq, dövlət idarəetmə strukturlarında casus şəbəkəsinin bəzi elementlərinin hələ də qalması istisna edilə bilməz. 

 


Hamıya gün kimi aydındır ki, Rusiyanın Azərbaycandakı casus şəbəkəsi uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev tərəfindən idarə edilib. Məhz onun səyi və dəstəyi ilə dövlət idarəetmə sistemində çoxlu sayda “uyğun kadrlar” mühüm postlara təyin olunub. 

 


R.Mehdiyevin dövlət idarəetmə sistemindən uzaqlaşdırılmasından sonra onun komandasında olan və mərkəzi, eləcə də yerli icra qurumlarında mühüm vəzifə tutan şəxslər də tədricən idarəetmə sistemindən kənarlaşdırıldı. Bu proses zamanı çoxlu sayda məmur vəzifəsini itirmiş oldu. 

 


Lakin bütün təmizləmə tədbirlərinə baxmayaraq, hələ də Rusiyanın Azərbaycandakı siyasi dayaqları ilə bağlılığı olan məmurlar var. Həmin şəxslər hələ də mühüm dövlət postlarını tutur və “boz kardinal” vasitəsilə Rusiyaya sadiqliyini saxlayır. 

 


R.Mehdiyevə yaxınlığı ilə bilinən və hələ də rəhbər vəzifədə çalışan şəxslərdən biri də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.

 

A.Fərzəliyev Azərbaycanın siyasi ictimaiyyətində R.Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb.

 

 

O, bu xətt vasitəsilə Rusiyanın “sevimli kadrı" çevrilib və zamanla Kreml tərəfindən xidmətlərinə görə mükafatlandırılıb. 2013-cü ildə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan zaman Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi də bunun göstəricisidir.

 


Təcrübədə Rusiya prezidentinin Azərbaycanda icra başçısını dövlətin yüksək ordeni ilə təltif etməsinə rast gəlinməyib. A.Fərzəliyevin Kreml tərəfindən təltif edilməsi əslində onun Rusiya üçün nə dərəcədə önəmli kadr olduğunu, bu şəxsin Rusiyaya yaxın olmasını göstərir. 

 


A.Fərzəliyev bu mükafata Həştərxan şəhərində Azərbaycanı təbliğ etmək adı ilə apardığı işlərə görə layiq görülmüşdü. Fərzəliyev Həştərxanda müxtəlif layihələri icra edib, bu layihələrə milyonlarla manat dəyərində vəsait xərcləyib. 

 

Məhz bu layihələrin icrasından sonra A.Fərzəliyevin Həştərxan şəhərində və onun ətraf ərazilərində böyük biznes şəbəkəsi yaranıb. Belə məlum olur ki, icra başçısı müxtəlif layihələri icra etməklə böyük məbləğdə vəsaiti mənimsəyib, yüz milyonlarla manat dəyərində vəsaiti ölkəmizdən çıxartdıqdan sorna ofşor şirkətlərə köçürərək Rusiyada və Qərbi Avropa ölkələrində mülklər, bizneslər şəbəkəsi yaratmağa nail olub. 

 


İndi Fərzəliyevin Həştərxanda olan biznesləri göz qamaşdırır. Onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi,  35 milyon manat dəyərində mehmanxana biznesinə sahib olduğu, böyük “parnik” təsərrüfatları yaratdığı iddia edilir. 

 


A.Fərzəliyevin daim R.Mehdiyevə bir çox prosesləri idarə etməkdə köməklik göstərdiyi də bəllidir. Xüsusən xaricdə Azərbaycana qarşı antimilli qüvvələrə maddi yardımlar göstərilməsində, onların istəklərinin yerinə yetirilməsində A.Fərzəliyev bir vasitəçi, təminatçı olub. Azərbaycana qarşı antimilli mövqeyi ilə tanınan Qurban Məmmədov Avropaya köçdükdən sonra ona Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında bahalı daşınmaz əmlaklar verilib.

 

Q. Məmmədova Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilən 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və bir beşmərtəbəli qeyri-yaşayış sahəsi bağışlanıb. Qurbanova bu hədiyənin çatdırılmasını həmin dövrdə Nərimanov rayonunu icra başçısı olan A.Fərzəliyev təmin edib. 

 


Bəllidir ki, A.Fərzəliyev bu istəyi təmin edən zaman R.Mehdiyev və Ə.Həsənovun göstərişlərini icra edib. 

 


Fərzəliyev bu xidmətlərinin müqabilində daim mükafatlandırılıb, onun korrupsiya əməllərinə şərait yaradılıb. 

 


Xüsusən Nərimanov rayonunda icra başçısı vəzifəsində çalışan zaman A.Fərzəliyev yüzmilyonlarla manat dəyərində korrupsiya əməliyyatları həyata keçirib. Mediaya məlum olan faktlar arasında “erməni qəbiristanlığı” kimi tanınan ərazinin və Heydər Əliyevin 90 illiyi münasibətilə salınan parkın ərazisinin satılması, bunun nəticəsində milyonlar qazanması faktları var. 

 


Nərimanov rayonunda A.Fərzəliyevin əsas gəlir mənbəyi qanunsuz torpaq satışları olub. Paytaxtın bahalı yerlərindən olan “erməni qəbiristanlığı” adlanan ərazidə böyük torpaq sahələri satılıb. Burada qəbiristanlığın köçürülməsindən sonra ərazidə təxminən 50 hektar (5000 sot) boş sahə yaranmışdı. Boş sahənin 5 hektarında park, müəyyən hissəsində isə avtomobil yolları salınsa da ərazinin böyük hissəsi sotu 250-300 min manatdan sahibkarlara, şəxsi adamlara satıldı. Təxmini hesablamalara görə bu satışlardan Fərzəliyev 500 milyon manatdan çox qazanc əldə edib. 

 


A.Fərzəliyev Nərimanov rayonunda Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində yerləşən Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibətilə salınan və yaşıllıqlarla əhatələnən parkın məqsədli şəkildə dağıdılması, yerində obyektlərin tikilməsinə də şərait yaradıb. Burada torpaq sahələri sotla deyil, kvadratla hesablanmaqla ayrı-ayrı şəxslərə yüksək qiymətə satılmışdı. 


Artıq siyasi dəstəyini itirən A.Fərzəliyev indi məmur karyerasının son zamanlarını yaşayır. Rusiyanın casus şəbəkəsinin ifşa edilməsindən sonra isə A.Fərzəliyev kimi kiçik kadrların da tədricən sıradan çıxarılacağı yəqindir.

 

 

Altay
 


OXŞAR XƏBƏRLƏR

Həlak olan azərbaycanlının nəşi vətənə gətirildi

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov Hicran Dərya oğlunun nəşi Azərbaycana gətirilib. 1999-cu il təvəllüdlü mərhum Cəlilabad rayo...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi h...

Prezident ona vəzifə verdi - SƏRƏNCAM

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib. &n...

Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - VİDEO

Polis Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib, 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb.   DİN-dən Sfera.az-a is...

Əfv Məsələləri Komissiyasının iclası keçirildi

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Report-a Komissiyanın...

"Bağçalara qəbul üçün lazım olan sənədlər də elektronlaşdırılsın" - TƏKLİF

Xəbər verdiyimiz kimi, məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı tələb olunan sağlamlıq haqqında tibbi arayışların elektronlaşdırılması təmin edilib. &...