Azərbaycanda “sükut günü”dür

Azərbaycanda “sükut günü”dür

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.

 

Sfera.az xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.

 

Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

 

Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.

 

Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

 

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.

 

Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR

Bərdədə 10 gün əvvəl kanalda batan qızın meyiti tapılıb - VİDEO

Bərdədə kanalda batan 17 yaşlı qız 10 gün sonra tapılıb.   Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin xəbərinə görə, 19 mart tarixi...

Ekskavator sürücüsü də HƏBS EDİLDİ

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.   Sfera.az &ldquo...

Bakıda yaşayış binasında yanğın: tüstüdən zəhərlənən var

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin mətbəxində 2 paq.m mebel, 1 ədəd...

İlhamə Quliyevanın süni intellektlə klipini hazırladılar - VİDEO

Süni intellekt proqramı vasitəsilə mərhum Xalq artisti İlhamə Quliyevanın klipini hazırlayıblar.    Sfera.az "Qafqazinfo”ya istinadən...

Hər il 5,7 milyon insan bu səbəbdən ölür - Hesabat

Dünya Bankının yeni hesabatına görə, hava çirkliliyi hər il təxminən 5,7 milyon insanın ölümünə səbəb olur. Üstəlik, bu ölümlərin 95 faizi aşağı və orta gəlirli...

Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər ve...