Livanın Baş naziri Suriyaya rəsmi səfər etdi
![Livanın Baş naziri Suriyaya rəsmi səfər etdi](https://sfera.az/photo/orginal/2025/01/11/1736599532_b37eabeb-321d-390f-8d82-ee12b2750660_850.jpg)
Siyasət
16:44 / 11.01.2025
7347
Livanın Baş naziri Nəcib Mikati Suriyaya səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bu, 2010-cu ildən bəri Livan hökumət başçısının Dəməşqə ilk rəsmi səfəridir.
Telekanalın məlumatına görə, N.Mikatinin yeni Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şaraa ilə danışıqları başlayıb.
Qeyd olunub ki, nümayəndə heyətinin Dəməşqə səfəri ilə bağlı qərar yanvarın 7-də Livan Nazirlər Kabinetinin iclasında qəbul edilib.