“Ukrayna Kurskda 50 min əsgərini itirib” - Rusiya MN
Siyasət
17:07 / 08.01.2025
10440
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində gedən döyüşlər zamanı 50 mindən çox hərbçisini itirib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi (MN) açıqlayıb.
Nazirliyin məlumatına əsasən, yalnız son bir gündə itkilərin sayı 290 nəfər olub.
Kursk vilayətində bütün döyüş əməliyyatları dövründə Ukrayna Silahlı Qüvvələrinin 294 tankı, 217 piyada döyüş maşını, 160 zirehli personal daşıyıcısı, 1515 zirehli döyüş maşını, 1430 texnika, 347 çoxsaylı artilleriya qurğusu və 44 reaktiv yaylım atəşi qurğusunun itirildiyi bildirilib.
Vilayət ərazisində döyüşlər 2024-cü il avqustun 6-dan, Ukrayna hərbçilərinin hücumundan sonra başlayıb.
Vasif