ABŞ-dən Trüdonun istefasına REAKSİYA

ABŞ-dən Trüdonun istefasına REAKSİYA

ABŞ Kanadanın Baş naziri Castin Trüdonun partiya sədrliyi və Baş nazir vəzifəsindən istefası məsələsinə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer danışıb. O qeyd edib ki, Castin Trüdo ABŞ-nin dostu olub.

 

“Baş nazir Castin Trüdo Kanada hökumətinin başında olduğu on il ərzində ABŞ-nin sadiq dostu olub. Yaxın müttəfiqlər, qonşular və G7-nin üzvləri kimi biz ölkələrimizin və dünyanın üzləşdiyi bir sıra məsələlərdə sıx əməkdaşlıq etmişik”, - Jan-Pyer bildirib.

 

Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının rəhbərliyindən istefa verdiyini elan edib. 53 yaşlı siyasətçi paytaxt Ottavada keçirdiyi mətbuat konfransı zamanı partiya yeni liderini seçənə qədər Baş nazir vəzifəsində qalacağını açıqlayıb. O vurğulayıb ki, ölkə parlamenti martın 24-dək fəaliyyətini dayandıracaq.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...

Qurbanqulu Berdiməhəmmədovu Füzulidə İlham Əliyev qarşıladı - FOTO

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib.   Sfera.az xəbər v...