Sadır Japarov İlham Əliyevi təbrik etdi

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

 

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin fəal iştirakçılarından birinə çevrildiyini məmnunluqla qeyd edirəm.

 

Dünyada ən böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk dəfə olaraq qardaş ölkədə keçirilməsi və yüksək səviyyədə təşkil edilməsi faktı bizi sevindirir.

 

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

 

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

 

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm"


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 6 vəkilə xəbərdarlıq edildi

Vəkillər Kollegiyasının 6 üzvünə xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının rəyasət heyətinin iclasında bi...

126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.   Sfera.az xəbər verir ki, bu barə...

Bu gündən xəstəlik vərəqələri elektron formada VERİLƏCƏK

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında ...

Azərbaycanda yeni qadağa qüvvəyə mindi - Bu gündən...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   B...

“McDonald's Azərbaycan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib - FOTO

“McDonald's Azərbaycan” şirkətinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbəti ekoloji aksiya tə...

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.   Sfera.az xəbər verir ki, “Brent” markalı neft hazırda 63,12 dollara, yüngül neft ...