Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az-ın məlumatına görə, məktubda deyilir:

 

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.

 

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.

 

Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.

 

Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.

 

Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksək səviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.

 

 

Hörmətli Prezident, Zati-aliləri.

 

Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

 

Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram".


OXŞAR XƏBƏRLƏR

İntiqam Babayev yüksək vəzifəyəTƏYİN OLUNDU

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub.   Sfera.az xəbər verir ki, mədəniyyət naziri Adil ...

1 May Beynəlxalq Əmək Günüdür

1 May dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Əmək hüquqlarının müdafiəsi və işçilərin həmrəyliyini simvolizə edən bu əlamətdar gün müxtəlif ölkələrdə rə...

Azərbaycanda 6 vəkilə xəbərdarlıq edildi

Vəkillər Kollegiyasının 6 üzvünə xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının rəyasət heyətinin iclasında bi...

126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.   Sfera.az xəbər verir ki, bu barə...

Bu gündən xəstəlik vərəqələri elektron formada VERİLƏCƏK

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında ...

Azərbaycanda yeni qadağa qüvvəyə mindi - Bu gündən...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   B...