Prezident FƏRMAN İMZALADI

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” və “Azərişıq” ASC-lərə ötürülməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi, eləcə də müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 

Bundan başqa, fərmanla bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...