Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

 

Əziz qardaşım.

 

Sizi və Sizin vasitənizlə qardaş Azərbaycan xalqını şanlı bayramınız - Zəfər Günü münasibətilə ürəkdən təbrik etməkdən böyük məmnunluq duyuram.

 

Dörd il əvvəl öz xalqının Sizin kimi sadiq oğlu, dahi, vətənpərvər, mahir siyasi xadim və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərazi bütövlüyü tamamilə bərpa edildi və tarixi ədalət bərqərar oldu.

 

Azərbaycanın azad edilmiş şəhər və kəndlərində bu gün genişmiqyaslı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkanları yenidən qurulur, minlərlə keçmiş məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.

 

Bu böyük dəyişikliklərə bir neçə dəfə şahid olmaqdan qürur duydum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz ortaq dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadiq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik.

 

Hörmətli İlham Heydər oğlu, ölkənizin beynəlxalq arenada nüfuzunu və mövqeyini gücləndirmək istiqamətində göstərdiyiniz qətiyyətli siyasi iradə və sistemli səyləriniz xüsusi tərifə layiqdir.

 

Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.

 

Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının "yaşıl iqtisadiyyata" keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

 

Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm.

 

Fürsətdən istifadə edərək, Sizi Zəfər Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Allahdan Sizə və bütün yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, Vətəninizin rifahı yolunda gördüyünüz işlərdə uğurlar arzulayıram, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və daimi inkişaf diləyirəm".


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zaur 300 minlik avtomobili ilə qəza keçirdi - FOTO

Tanınmış aparıcı Zaur Nəbioğlu qəza keçirib.   Sfera.az bildirir ki, aparıcı yeni aldığı bahalı "Range Rover" markalı avtomobillə qəzaya dü...

Bu əlillərin də müavinətləri artırıldı - MƏBLƏĞLƏR

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də müavinətlərinin məbləğləri artırılıb.   Sfera.az xəbər ...

Beşdən çox uşağı olan qadınlara 140 manat veriləcək – RƏSMİ

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial ...

Müavinət və təqaüdlər nə qədər artır? - Müqayisə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğl...

Acunun Fənərbağçadan gedişinin səbəbi məlum OLDU

Fənərbağça İdman Klubunda vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının gözlənilməz şəkildə vəzifəsini tərk etməsinin səbəbi ortaya çıxıb.   S...

Doğulan körpələrə görə müavinət 600 manat OLDU – RƏSMİ

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği artırılıb.   Sfera.az  xəbər verir ki, Bu, Prezident İlham Əliyevin Fərmanı ilə &...