Prezident Fərman İMZALADI

Prezident Fərman İMZALADI

“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Dəyişikliyə əsasən, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan çıxarılır.

 

“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan da çıxarılır.

 

Dəyişikliklə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na daxil edilir.


OXŞAR XƏBƏRLƏR

Şimpanzelər "barda" spirtli içki qəbul edərkən lentə alınıb: Özlərini insan kimi aparırlar

Qvineya-Bisaudakı Cantanes Milli Parkında çox gülməli hadisə qeydə alınıb. Belə ki, vəhşi şimpanzelər içki masasında görülüblər.   Tədqiqatçılar "...

Ürək və öpüş emojiləri cinsi qısnama hesab olunur - Məhkəmə cərimə yazdı

Hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib. Adı açıqlanmayan şəxs cinsi qısnama törətdiyinə görə cərimələnib.   Sfera.az bildirir ki, 69 yaşlı H....

Qədim heykəllərin başsız olmasının maraqlı səbəbləri - FOTO

Muzeyləri gəzəndə görürsən ki, o möhtəşəm heykəllərin əksəriyyətinin başları yoxdur. Əksəriyyətimiz bunun müharibələr və ya təbii fəlakətlərlə əlaqəli olduğunu ...

Bəzi insanların qulağında nazik xətt nəyin göstəricisidir?

Hər bir insan ayrı bir dünyadır. Bədənlərimiz bir-birindən fərqli izlər daşıyır. Barmaqlarımız, gözümüz, ayağımız, qulağımız... Məsələn, bəzi insanların qulaqla...

Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.   Sfera.az x...

Evlərin qiymətləri ucuzlaşacaq – SƏBƏB

“Yaxın gələcəkdə əmlak bazarındakı satış qiymətlərində enmələr qaçılmaz olacaq”.   Sfera.az xəbər verir ki, bu sözləri Baku TV-yə əmlak e...