Ceyhun Bayramov Stiven Dauti ilə telefon danışığı apardı

Ceyhun Bayramov Stiven Dauti ilə telefon danışığı apardı

31 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.

 

XİN-dən Sfera.az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

 

Tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə də hökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi bildiriliblər.

 

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.

 

Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.

 

Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...