Makronun gedişi Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Makronun gedişi Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Fransanın Milli Assambleyasının Bürosu prezident Emmanuel Makronun impiçmenti barədə qətnamənin lehinə səs verib. Bununla da “Yenilməz Fransa” partiyasının təşəbbüskarı olduğu layihə büronun ilkin səsverməsindən keçmiş hesab olunub.  Qətnamə layihəsi Hüquq Komitəsinə təqdim olunacaq. Bu prosesin ardından həmin sənəd 15 gün ərzində Fransa Milli Assambleyasının gündəliyinə çıxarılmalıdır. 

 

Maraqlıdır, Makron hakimiyyətdən uzaqlaşdırıla bilərmi? Onun gedişi Azərbaycan-Ermənistan münasibətlərinə təsir edəcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynovun sözlərinə görə, Emmanuel Makrona qarşı qanunvericilik müstəvisində impiçment hərəkatının başlaması onu deməyə əsas verir ki, onu istəməyən qüvvələr öz məqsədlərində israrlıdırlar:

 

“Hüquqi prosedurların icrası həm də Makronun rüsvaycasına hakimiyyətdən getməsinə gətirib çıxara bilər. Çünki Parisdə keçirilən olimpiyada oyunları zamanı və digər proseslərdə biz Makrona qarşı bu fikirlərin daha da inkişaf etdiyini gördük. Ümumilikdə Fransanın daxili və xarici siyasətində bağışlanılmaz səhvlər Makrona xasdır. Baxmayaraq ki, Fransa Avropada əsas siyasi, iqtisadi, hərbi, mədəni güclərdən biridir. Lakin Makronun dövründə Fransa o qədər geopolitik nöqteyi-nəzərdən mövqe itirdi ki, bu dövləti, onun hərbçilərini, diplomatlarını Afrikanın müxtəlif bölgələrində aşkar şəkildə görmək istəmirlər. Burkina-Faso, Mali, Niger, Qabon kimi dövlətlərdə Fransanın iştirakı artıq yox səviyyəsindədir. Bu, ciddi maliyyə itkiləri deməkdir. Fransanın müstəmləkəçilik siyasəti də ifşa olunub. Bu ölkənin dənizaşırı ərazilərdə həyata keçirdiyi neqativ siyasətinin əleyhinə fikirlər də güclənir. Bütün bunlar Makronun istefası üçün hüquqi prosedurları bir qədər də zəruri edir”.

 

Politoloq bildirdi ki, Fransa liderliyinə gələn yeni şəxsin Cənubi Qafqaz regionuna mövqeyinin dəyişəcəyi də sual altındadır:

 

“Əslində bu, praqmatik, ağıllı, Cənubi Qafqazda yeni reallıqları qəbul edəcək şəxs olacaqsa, dəyişikliklər olacaq. Amma köklü surətdə, konseptual müstəvidə bu məsələni düşünsək, hər hansı dəyişikliyin olacağını zənn etmirəm. Fransa kimi dövlətlərdə siyasətlər uzunmüddətli formalaşır, beyin mərkəzləri, strateji tədqiqatlar mərkəzi ayrı-ayrı regionlara dair öz siyasi xəttini müəyyənləşdirir. Hökumətlər, prezidentlər yalnız onun icraçısıdır. Digər tərəfdən erməni lobbisinin media, vətəndaş cəmiyyəti müstəvisində güclü təsiri var. Yeni hakimiyyət bu faktoru da mütləq nəzərə alacaq. Lakin Makron qatı ermənipərəstdir, Cənubi Qafqazda sülhü istəmir, onun çox radikal və aqressiv düşüncələri var. Ermənistanın silahlandırılması da onun bəzi hallarda ermənidən çox erməni olmaq sevdasını nümayiş etdirir. Ona görə də Makron hakimiyyətdən gedərsə, Fransa siyasətində dəyişikliklər ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...