Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, islamofobiya və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib”.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı medianın sualına cavabında deyib.

 

“Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir”, - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq -UEFA Millətlər Liqası

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.   Sfera.az xəbər verir ki, C Liqasının 1-ci qrupundak...

Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"

“Həkimlərin məsuliyyətsizliyinə görə, oğlumun gözləri məhv oldu, hara aparsam da, çarə tapılmadı”.   Sfera.az xəbər verir ki, bu sözləri ...

Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə DÖYDÜ

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. ...

Türkiyədə dəhşətli avtobus qəzası: 20-dən çox yaralı var

Türkiyənin Afyonkarahisar vilayətində avtobus qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. ...

Ərdoğan Serbiyaya GETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib.   Sfera.az xəbər verir ki, Belqradın Nikola Tesla adına Beynəlxalq Hava Limanında Rəcəb...

DYP sürücülərə MÜRACİƏT ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı müraciət yayıb.   Sfera.az İdarəyə istinadən xəbər verir ki, müraciətdə deyil...