Qaya Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd olan Qaya Məmmədov seçiciləri ilə səyyar görüşlərini davam etdirir.
Sfera.az xəbər verir ki, namizədin seçicilərlə növbəti görüşü Qaraçuxur qəsəbəsi, Neftçilər Parkında baş tutub.
Bu gün baş tutan görüşdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Əli Qasımov, Birinci Qarabağ müharibəsinin iştirakçısı, rayonun fəalı Fikrət Tağıyev, Yeni Günəşli sakini pedaqoq Svetlana Quliyeva, ictimai fəal Xalid Musayev və digər seçicilər çıxış ediblər.
Sakinlər öz çıxışlarında qarşıdan gələn parlament seçkilərində fəal iştirakın əhəmiyyətini vurğulayıblar və rayonun daha da inkişafı ilə bağlı öz düşüncələrini səsləndiriblər.
Qaya Məmmədov verdikləri dəstəyə və nümayiş etdirdikləri fəallığa görə seçicilərə təşəkkür edib.