Siyavuş Novruzov seçicilərlə daha bir görüşünü keçirdi - FOTOLAR

Siyavuş Novruzov seçicilərlə daha bir görüşünü keçirdi - FOTOLAR

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçki kampaniyası çərçivəsində seçicilərlə daha bir görüşünü keçirib.

 

Sfera.az xəbər verir ki, 23 avqust 2024-cü il tarixində Siyaqut kənd mərkəzinin iclas zalında Siyaqut və Kosacan kənd seçiciləri ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışaraq qeyd edib ki, bu gün partiyamız cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi tanınır və qəbul edilir. Deputatlığa namizəd Siyavuş Novruzovun keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, onun Naxçıvan Muxtar Respublikası ilə bağlılığı haqqında seçicilərə ətraflı və geniş məlumat verən A.Əhmədov ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini qeyd edib. YAP Şərur rayon təşkilatının sədr müavini sentyabrın 1-də keçiriləcək seçkilərin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını əminliklə vurğulayıb, seçiciləri seçkilərdə aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

 

 

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətindən, YAP-ın seçki platformasından, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. O, xalqımızın tarixi Zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.

 

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib:

 

"Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".

 

 

Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov, kənd məktəbinin müəllimi Mehman Cəfərov və digər seçicilər çıxış edərək bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qələbə qazanmaqla respublikada yeni reallıqlar yaradıb, ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub.

 

Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

 

Tədbirdə çıxış edən seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

 

Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...