Qanunların aliliyinin təmin olunması hüququ dövlətin əsas prinsipidir

Qanunların aliliyinin təmin olunması hüququ dövlətin əsas prinsipidir

Hüquqi dövlətin əsas prinsiplərindən biri qanunların aliliyinin təmin olunmasıdır. Ölkədə qanunların aliliyini təmin etmədən hüquqi dövləti formalaşdırmaq qeyri-mümkündür.

 

Sfera.az bildirir ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət qollarının səlahiyyətləri, davranışları qanunla tənzimlənməlidir. Hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır.

 

Qanunların aliliyi prinsipi hamının qanunlara qeyd-şərtsiz əməl etməsini tələb edir. Bu prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa, həqiqətdə hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

 

Qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. 

 

Qanunun aliliyi inzibati orqanların mövcud qanunlardan asılı olması deməkdir. Bu isə onu bildirir ki, inzibati orqan qanuna zidd olan hər hansı bir tədbir görə bilməz. Qanunun aliliyi prinsipi idarəçiliyin bütün sahələrinə qeyri-məhdud şəkildə və məcburi qaydada şamil olunur. Bu prinsip həm formal mənada qanuna, həm də maddi mənada qanunlara, yəni təlimatlara, prezidentin sərəncam və fərmanlarına bağlılığı ehtiva edir. 

 

Qanunun aliliyi prinsipi hüquqi dövlətin əsas əlaməti kimi öz əksini XVIII əsrdə "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"də və bu sənədin varisi olan "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ndə (1948) tapıb.

 

"İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə”də qanunun aliliyi bir daha vurğulanıb. Sənədə əsasən, qanunlar yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir: “Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz”.

 

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ndə isə qanunun aliliyi prinsipi təsvir edilməklə bərabər, bütün insanların qanun qarşısında bərabər olduğu da bildirilir:

"Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır".

 

Azərbaycanda da qanunun aliliyi prinsipinə əməl edilməsi üçün tədbirlər görülür, islahatlar aparılır. Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

 

Qanunların aliliyini şərtləndirən əsas sənəd Konstitusiyamızdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilib: "Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir; Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir; Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır".


Qanunun aliliyi prinsipi öz ifadəsini başqa bir mənada qanunçuluq prinsipində də əks etdirir. Bu prinsipə əsasən heç bir halda Azərbaycanda Konstitusiyanın pozulmasına, qanunun pozulmasına yol verilməməlidir. Bu sözlərlə qanunçuluq prinsipinin əsas mahiyyəti kifayət qədər açıqlanır. Qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir.

 

Qanunçuluq əsasən qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi, qanunların icra edilməsi və onlara əməl olunması, nəhayət qanunların icrasına nəzarətin həyata keçirilməsini əhatə edir.

 

Bir çox hüquq ədəbiyyatlarında qanunların qəbul edilməsi qanunçuluq prinsipi ilə əhatə olunmur və o, bu prinsipdən ayrı izah edilir. Azərbaycanın dövlət müstəqilliyinin son 33 ilində hüquqi dövlət quruculuğu prosesindən doğan təcrübə onu göstərir ki, qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi qanunçuluğun əsas tərkib hissəsi olub onunla üzvi surətdə bağlıdır. Müstəqillik əldə edildikdən sonra milli maraqların qorunması dövlətin başlıca vəzifələrindən biri olub. Bu sahədə qanunçuluğun təmin edilməsi Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinə gətirib çıxarıb. Konstitusiya qəbul edilmədiyi vaxtda belə ayrı-ayrı normativ-hüquqi aktlarda öz əksini tapmış milli maraqlar qanunçuluğun təsiri altında idi. 


Vasif     

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...