Azərbaycan XİN vətəndaşları İsrailə səfər etməməyə ÇAĞIRDI

Azərbaycan XİN vətəndaşları İsrailə səfər etməməyə ÇAĞIRDI

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.

 

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

 

Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur:

 

"Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR