Baş nazirdən pensiyalarla bağlı QƏRAR

Baş nazirdən pensiyalarla bağlı QƏRAR

Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

 

Sfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

 

Qərara əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçulara 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və “Əmək pensiyaları haqqında” qanunun 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanacaq.

 

Əvvəl bu müddət 20 il idi.

 

Dəyişikliklə, həmçinin Qaydaya aşağıdakı 5.11-ci bənd əlavə edilib:



“Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

 

- 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

 

- 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Qeyd edək ki, sözügedən dəyişiklik “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə edilib.


OXŞAR XƏBƏRLƏR

Evinizdə bu yerlər viruslarla zəngindir - Alimlərdən ARAŞDIRMA

İllinoys ştatının Şimal-Qərb Universitetinin amerikalı alimləri duş başlıqları və diş fırçalarında elmə məlum olmayan son dərəcə müxtəlif viruslar aşkar ediblər...

Maykl Ceksonun arvadı: "O mənə bunu deyəndə şoka düşdüm"

Müğənni Liza Mari Presli Maykl Ceksonun Las-Veqasa səfəri zamanı ona sevgisini etiraf etdiyini deyib.   Sfera.az xəbər verir ki, Rlvis Preslinin qızı...

Nadir Pokemon kartı hərraca çıxarılacaq

Pikachu Illustrator” 39 Pokemon kartından biridir. 1998-ci ildə “CoroCoro Comics” tərəfindən təşkil edilən rəsm müsabiqəsinin qalibi olub. ...

Çox açıq-saçıq paltar geyindikləri üçün təyyarədən qovuldular - FOTOLAR

34 yaşlı Tereza Araujo ad gününü qeyd etmək üçün rəfiqəsi Tara ilə Los-Ancelesdən Nyu Orleana (ABŞ) uçmaq istəyib. “Spirit Airlines” ekipaj üzvləri ...

Palçığın içindən tapdığı daş minlərlə dollar dəyərində çıxdı - FOTO

Qeyri-adi daşlar tapmağa həvəsi olan Patrk Gundersen Avstraliya çölünü gəzərkən, palçıq yığınının içində gizlənmiş qeyri-asi kristal tapıb. O, kəşfi haqqında &l...

4 milyon dollarlıq fırıldaq - İnsanları gəncliklərinə qaytaracaqlarına inandırıblar

Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey bəşər tarixində ən inanılmaz fırıldaqlardan birinə imza atıblar. Cütlük fırıldaqlarının qurbanı olan insanlardan...