Xamenei İran prezidenti kimi niyə Qalibafı yox, Cəlilini görmək istəyir? - Politoloq səbəbi AÇIQLADI

Xamenei İran prezidenti kimi niyə Qalibafı yox, Cəlilini görmək istəyir? - Politoloq səbəbi AÇIQLADI

Xəbər verdiyimiz kimi, İranda prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər. Bundan əvvəl, şanslı namizədlər arasında Məhəmməd Bağır Qalibafın da adı qeyd olunurdu. Lakin nəticə heç də gözlənildiyi kimi olmadı.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Səid Cəlili Qalibafdan fərqli olaraq güc strukturlarından çıxmış adam deyil və onun qədər mühüm vəzifələrdə işləməyib.

 

Onun sözlərinə görə, Cəlilinin güclü siyasi və hərbi bağlantıları yoxdur:

 

“Səid Cəlili 2007-2013-cü illərdə İranın Qərblə apardığı nüvə danışıqlarında rəsmi Tehran tərəfinin baş müzakirəçisi olub. O, burada Qərbə qarşı sərt mövqeyi ilə şöhrət qazanıb. Heç bir zaman siyasi iddiası olmayan fars əsilli 58 yaşlı diplomat İranın Milli Təhlükəsizlik Şurasına rəhbərlik edib. Onun sözəbaxan olması ali dini liderə xoş təsir bağışlayırdı, nəticədə Xamenei Cəlilini öz yanına gətirərək xüsusi nümayəndəsi təyin edir. Əli Xameneinin Qalibafı yox, Cəlilini seçməsinin birinci səbəbi məhz güc amildir. Ehtimal edilən variant budur ki, 85 yaşlı Əli Xamenei öz yerini oğlu Müctəbaya vermək istəyir. Buna görə də oğlunun hakimiyyətinə mane olmayacaq dövlət başçısına ehtiyacı var. SEPAH-a komandanlıq etmiş, polis rəisi işləmiş, paytaxtın meri olmuş, hazırda isə parlament sədri kimi ölkənin siyasi həyatının aparıcı adı olan Qalibaf kimi güclü adam görünür, belə kritik dönəmdə ali dini liderin işinə yaramır”.

 

Ekspert bildirib ki, Səid Cəlilinin isə heç bir funksiyası yoxdur:

 

“O demək olar ki, güclü səlahiyyəti olan vəzifələrdə olmayıb, ancaq formal diplomatik vəzifələrdə çalışıb. Cəlilinin Qalibaf kimi siyasi-hərbi komandası yoxdur. Digər önəmli bir məsələ isə Səid Cəlilinin Məhəmməd Bağır Qalibaf kimi siyasi iddialı olmamasıdır. Qalibaf uzun illərdir ki, prezidentliyə can atır. Ancaq Cəlili ölkəyə rəhbərlik etməyə çox da həvəsli deyil. Ehtimal etmək olar ki, onun namizədliyi elə ali dini liderin məsləhəti ilə irəli sürülüb. Xameneini qorxudan əsas məqam məhz güclü prezident hakimiyyətinin qurulmasıdır. Onun olduqca nüfuzlu siyasətçi olan və güclü dəstəyə malik Əli Laricanini seçkiyə buraxmaması da məhz bununla bağlıdır. Məsud Pezeşkianın seçilməsi də ali dini lider üçün bir o qədər problem deyil. Ancaq hər halda Xamenei üçün arzu edilən - mühafizəkar baxışlı, özünə sadiq və nisbətən zəif bir şəxsin prezident olmasıdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...