Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbədənkənar sessiyası üzrə iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

 

Sfera.az xəbər verir ki, toplantının gündəliyində 17 məsələnin müzakirəsi nəzərdə tutulub.

 

Həmin məsələlər aşağıdakılardır:

 

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

6. “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

8. Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

9. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

10. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

11. Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

12. Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

13. Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

14. “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

15. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

16. Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)


OXŞAR XƏBƏRLƏR

ABŞ nüvə eskalasiyasına görə İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib. Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytın...

Batan mühacir qayığında azyaşlı qıza təcavüz edərək BOĞDU

İtaliya sahillərində 70 qeyri-qanuni immiqrantı daşıyan qayıq batıb.    Sfera.az xəbər verir ki, həyat yoldaşı və övladı gözünün qabağında boğul...

Hikmət Hacıyev: "Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək"

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cən...

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın OLDU

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.   Yanğın Nəsimi rayonunun...

Dünyanın ən qəddar təcrübələrindən biri və nəticələri - Fərqli ailələrə övladlığa verilən üçəmlər

Hər təcrübə fiziki olaraq zərər vermir, bəziləri fiziki ağrıdan daha böyük yaralara səbəb olur. Zaman-zaman yazılarımızda sizə tarixdə insanlar üzərində aparıla...

Multivitaminlər ömrü uzadır? - YENİ TƏDQİQAT

Amerikalı alimlər multivitaminli qida əlavələrinin insan ömrünə necə təsir etdiyini öyrəniblər.  Sfera.az xəbər verir ki, onlar 20 il ərzində 400 000-...