Aİ COP29-da Azərbaycanın ən yaxşı nəticələrə nail olacağına ÜMİD EDİR

Aİ COP29-da Azərbaycanın ən yaxşı nəticələrə nail olacağına ÜMİD EDİR

Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edir.

 

Sfera.az Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanovla görüşündə bildirib.

 

Görüşdə COP29 çərçivəsində Aİ ilə tərəfdaşlıq və İttifaqla ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib. Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim Konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.

 

COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...