Nazir bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Nazir bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub.

 

Bu barədə Sfera.az-a Mədəniyyət nazirliyindən məlumat verilib. Bildirilib ki, sənətşünas, əməkdar mədəniyyət işçisi Əminə Məlikova bu vəzifəni icra edəcək.

 

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

 

1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib.

 

2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib. Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...

“Elə fənlər var ki, onlar lazım olan bacarıqları vermir” – Nazir

“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur”.  ...