Prezident tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri AÇIQLADI

Prezident tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri AÇIQLADI

Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.

 

Sfera.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi: "Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək. Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir".

 

"Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır", - İ.Əliyev vurğulayıb.

 

Azərbaycan lideri bildirib ki, bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə ediblər: "Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik".


OXŞAR XƏBƏRLƏR

Aygün hamının içində Namiqə elə söz dedi ki, pərt oldu - VİDEO

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun maraqlı videosu yayılıb.   Sfera.az olay-a istinadən xəbər verir ki, məclislərin birin...

Qəssabdan qaçan dana dama çıxdı - FOTO

Türkiyədə hər il qəssabların əlindən qaçan qurbanlıq heyvanların sərgüzəştləri ilə bağlı onlarla xəbər dərc olunur. Sfera.az lent.az-a istinadən bildirir ki,...

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutula...

Heyvanların satışı və kəsimi xidmətləri hansı ünvanlarda göstərilir?

İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəs...

“Şuşa Bəyannaməsi hər iki ölkə üçün mühüm tarixi sənəddir” - Kamaləddin Qafarov

“Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevi...

Bakıda və Abşeronda 34 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb.   Sfera.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   Bildirilib ki, ...