\"Putin sülh üçün dialoq aparmaq istəmir\" - Alman nazir Rusiya liderini İTTİHAM ETDİ

\

Almaniyanın xarici işlər naziri Analena Berbok Kiyevə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə dialoq aparmaq istəməməkdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "ZDF" nazirin sözlərindən sitat gətirib.

 

"Dünyanın yarısı sülhü təşviq etmək üçün hər gün çalışır. Amma bunun üçün təəssüf ki, dialoqa qətiyyən hazır olmayan Rusiya prezidenti də lazımdır”, - Berbok bildirib.


Bundan əlavə, A. Berbokun sözlərinə görə, Rusiyanın nüvə təlimləri onun sülhə nail olmaq istəyinin olmamasından xəbər verir.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR